Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sıra1

Borçalı, Gədəbəy

Dəfə. □ Mən Tiflisə iki sıra getmişəm, Bəkiyə bir sıra getmişəm (Borçalı); Bü:n iki sıra qonağımız oluf (Gədəbəy).

sıra2

Hamamlı

Növbə. □ Mala sırıynan gedirix' (Hamamlı).

sıra3

Gədəbəy, Şəki, Tovuz

Skamya. □ Uşaxlar sırado:troy (Gədəbəy).

Azərbaycan dilinin dialektoloji lüğəti