fars. əsli: şirmahi
Fil sümüyü və ya ona bənzər maddə; sədəf.
Pərişan tellərində
Şirmayı şana dolanır.
Bəxtəvər gümüş kəmər
Dönür hər yana, dolanır.
(“Səyyad və Sədət”)
Canım usta, mənə bir qılınc qayır,
Nə uzun, nə gödək, bir qərar ola.
Dəstəyi şirmayı, özü qoşanov,
Vuranda ürəkdən xəbərdar ola.
(“Koroğlunun Dərbənd səfəri”)
Azərbaycan dastanlarının leksikası