Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

şivə [şi:və] isim fars

1. Danışma tərzi, tələffüz tərzi, tələffüz; üsul, tərz, tövr. □ ...şairanə bir şivə ilə mənə dedi. (C.Məmmədquluzadə).
2.  Dilçilik. Bir əraziyə, məhəllə aid olan dialektin yerli növü.
3. Naz, qəmzə, əda, işvə.  Mehribanın xoş bir işvə ilə ona xitab etməsi həyəcanını artırdı. (S.Hüseyn). 
4. Məcazi mənada: hərəkətdə, danışıqda sünilik, saxtalıq, ikiüzlülük....Cəmilin hərəkətləri olub yalan, büxl, şivə, müftəxorluq. (N.Vəzirov).
5. Klassik ədəbiyyatda fəryad, fəğan, nalə mənalarında işlənmişdir. □ Batdın genə bəxtim kimi bilməm nə qərayə; Qurban sənə, bu şivəyi-matəm nə üçündür? (S.Ə.Şirvani).

Azərbaycan dilinin izahlı lüğəti