Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

sıyrıx1

Hamamlı, Tovuz

Əyirilmiş ipdəki artıq tükləri təmizləmək üçün alət. □ Sıyrığnan ipin üsdünü təmizderix', ipin üsdündəki artıx tüx'ləri sıyrıf tökör, ipi nazilder (Hamamlı).

sıyrıx2

Balakən

Dırmıq. □ Soğan ləkini sıyrıxnan qayirmişəm; Tükənnən bir dənə sıyrığ almışam.

Azərbaycan dilinin dialektoloji lüğəti