Reklam
Reklam

Tarix terminləri lüğəti

Şliffen planı

Almaniya Baş Qərargahının iki cəbhədə – həm Fransa, həm də Rusiyaya qarşı müharibə aparmaq planı.

1905-ci ildə Almaniyanın Baş Qərargah rəisi general A.Şliffen tərəfindən işlənib hazırlandığı üçün belə adlanır. Ş.P. öncə qısa zaman ərzində Fransanın darmadağın edilməsini, sonra isə bütün qüvvələrin Rusiyaya qarşı yönəldilməsini nəzərdə tutub. Lakin I Dünya müharibəsinin (1914–1918) başlanğıcında bu planın gerçəkləşməsinin mümkünsüzlüyü üzə çıxıb və o iflasa uğrayıb.

Tarix terminləri lüğəti