Reklam
Reklam

Tarix terminləri lüğəti

sosial-demokratiya

Sosializm ideyaları əsasında yaranmış, lakin sonradan kapitalizmin təkamül prosesində təkmilləşdirilməsi yolunu tutmuş ideya-siyasi cərəyan və sosial-siyasi hərəkat.

1880–1914-cü illərdə marksizm ideologiyasına əsaslanan sosialist partiyalarının əksəriyyətinin adında bu termindən istifadə olunub. Odur ki, I Dünya müharibəsinə (1914–1918) qədər bütün solçuları – həm bolşeviklər kimi radikalları, həm də mötədil təkamülçüləri “sosial-demokrat” adlandırıblar. Həmin dövrdən isə S.-D. termini yalnız marksizmin radikal mübarizə metodlarından imtina edərək təkamül yolu ilə cəmiyyətin təkmilləşdirilməsinə çalışan sol ideologiyanın ardıcıllarına aid olunur. Bu mənada S.-D. ifadəsi azadlıq, bərabərlik, sosial ədalət və həmrəylik ideyalarına əsaslanan demokratik sosializm konsepsiyasının sinonimi kimi də işlənir.

Tarix terminləri lüğəti