Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sosial reklam

İnsanların şüurunda ­ictimai normalara uyğun davranış qay­da­larının formalaşdırılmasına və tək­mil­ləş­di­ril­mə­sinə, onların diqqətinin cə­­­miyyətdəki sosi­al məsələlərə cəlb edil­məsinə yö­nəl­miş, ma­arifləndirmə və xeyriyyəçilik məq­sədi da­şıyan qeyri-kommersiya xarakterli mə­lumat.

S.R.-ın sifarişçiləri dövlət or­qanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir. Belə reklamlar dövlət və ictimai yayımçılar tərəfindən ödənişsiz verilir. Qanuna görə, hər reklam yayıcısı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin ümumi sa­həsinin azı 8%-ni S.R. üçün ayırmağa borc­ludur. Televiziya və radioda yayımlanan S.R.-ın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti