Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ŞÖVKƏT

ərəb. çövkat sözü dilimizdə calal, dəbdəbə, ehtişam mənasındadır.

Türk antroponimik vahidlər sistemində mövcud Şövkət şəxs adı məişətimizdə yalnız qadın adı olsa da, Türkiyə türklərində, eləcə də bəzi türk xalqlarının məişətində kişi adı olaraq geniş yayılmışdır. Adın daşıyıcılarından Xalq Artisti, müğənni (lirik-soprano) Şövkət Məmmədova (1897-1981) dünya vokal incəsənətinin ən yaxşı ənənələri və nümunələrini Azərbaycan səhnəsinə gətirmişdir. Dəfələrlə Kiyev, Moskva, Leninqrad (indi Sankt-Peterburq), Odessa, Tbilisi, Təbriz, Paris və başqa ölkələrdə konsert proqramları ilə çıxış etmişdir. Şövkət xanım Azərbaycanda ilk teatr texnikumunun və not nəşriyyatının yaradıcısı olmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti