►Əbəs yerə əziyyət çəkmək, nəticəsi olmayan tənqidlər etmək, boş yerə danışmaq.
İfadə qədim yunan şairi Homerin yaradıcılığından qaynaqlanır.
Homerin «Odisseya» poemasının qəhrəmanlarından biri olan Yevril qəfildən işlətdiyi kəskin sözlər haqqında belə demişdir: «Əgər kəskin söz işlətmişəmsə, qoy onu külək uzaqlara aparıb dağıtsın».
Bəzi insanlar yerinə yetirilmə imkanlarını düşünmədən müxtəlif vədlər verməyi xoşlayırlar. Belə vədlər vərəqdə yazılmır, çəkisi olmur, onları «işə cəlb etmək» də mümkün deyil. Belə vədlər sadəcə küləkdə uçan yarpaqlar kimidir: uçandan sonra unudulur. Bəzən də əksinə olur. «Sözü havaya deməmək» ifadəsi isə öz sözünün sahibi olmaq, verdiyi vədi yerinə yetirmək mənasını verir.
Bizim günlərdə bu söz mətbuatda və şifahi nitqdə tez-tez işlədilir.
Məsəllər, deyimlər