Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

sponsorluq

lat. spondeo – zamin dururam

Hüquqi və fiziki şəxsin adının, ticarət markasının tanınması, imicinin yüksəlməsi məqsədilə media məh­sul­la­rının istehsalı və yayımını, mədəni-­küt­ləvi, digər tədbir­lərin təşkili və ke­­­­çi­rilməsini könüllü olaraq ma­liy­yə­ləşdirməsi, yaxud tədbirlərdə pulsuz ­xid­mətlər göstərməsi.

Azərbaycan qa­nunvericiliyinə görə, reklamı qadağan edilmiş malların istehsalı və ya satışını ­hə­yata keçirən şəxslər S. ­edə bilməzlər. ­­KİV-ə S. jurnalistin müstə­qil­liyinə təsir et­­məməli və heç bir halda redaksiyanın yaradıcı fəaliyyətinə müda­xiləyə əsas ya­ratmamalıdır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti