lat. stationarius – hərəkətsiz + yun. anti – əks + yun. kuklon – fırlanan
Müəyyən ərazi üzərində uzun müddət qalan, zəif hərəkətli antisiklon.
S.A.-lara subtropik enliklərdə ilboyu okeanlar üzərində, habelə qışda mülayim qurşaqda materiklər üzərində formalaşan və geniş əraziləri əhatə edən güclü antisiklonlar (Azor antisiklonu, Asiya antisiklonu və s.) aiddir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti