►Hədər yerә, çox kiçik vә әhәmiyyәtsiz olan bir iş, fakt, hadisә vә әşya ilә әlaqədar böyük hәyәcan yaratmağa münasibətdə işlədilən ifadə.
İfadənin yayılması görkәmli fransız mütәfәkkiri Monteskyönün adı ilə bağlıdır.
Fransa yazıçısı Onore de Balzakın yazdığına görә, bu ifadәnin mәşhurlaşmasında Monteskyönün mühüm rolu olmuşdur. O, San-Marino cırtdan respublikasındakı siyasi hәrc-mәrcliyi, nizamsızlığı sәciyyəlәndirmәk üçün həmin ifadәni işlәtmişdi.
Əslində isə ifadə fransız diplomatı və yazıçısı Lui Dütansa (1730–1832) məxsusdur. O, 1806-cı ildə yazdığı məqalədə rus imperatoru I Pavelin Fransa burjua inqilabının tәsiri ilә Cenevrәdə baş verәn iğtişaşlara münasibətini «stәkanda fırtına» adlandırmışdı. Bәzi mәnbәlərdә bu ifadәnin mәnşәcә daһa qədim olduğu göstәrilir. Hәlә Siseron dövründә Romada buna yaxın ifadə («tәknәdә tufan qaldırmaq») mәşhur olmuşdur.
Məsəllər, deyimlər