Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

struktur

lat. structura – quruluş, düzüm

1. Bir şeyin qarşılıqlı əlaqədə olan tərkib hissələri, quruluşu.

Məqalənin S.-u onun vahid bir mətn kimi qavranılan və qarşılıqlı əlaqədə olan elementlərindən – başlıq­dan, başlıqaltından, liddən, faktın ətraflı təs­vi­rindən, ona verilən şərhlərdən, yekun rəy­dən, məqaləyə əlavə edilən arayışdan, qeyddən və s.-dən ibarət olur. 

2. Bir şeyin tər­kib hissələrinin vəhdətini təmin edən qar­şılıqlı əlaqələr sistemi.

Məsələn, dilin S.-u onun bütün fonetik, morfoloji, leksik və s. elementləri arasında əlaqələr sistemidir.

Jurnalistika terminləri lüğəti