Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

studiya

lat. studio – məşğələlər üçün yer

1. Foto, video və ya kino çəkilişlərinin aparılması, səslərin yazılması üçün nə­zər­də tutulmuş, müvafiq avadanlıqla təchiz olun­muş qapalı məkan. 

2. Radio və televiziyada verilişləri efirə vermək üçün xüsusi ava­danlıqla təchiz olunmuş otaq.

Mətn oxumaq üçün ayrıca diktor S.-ları da yaradılır. 

3. Filmlərin, video, audio və fotoma­te­rialların istehsalı üzrə ixtisas­laşmış təşkilat, müəssisə; məs.: kinostu­diya, videostudiya, fotostudiya, səsyazma studiyası.

Jurnalistika terminləri lüğəti