Sərnişinlərin, yüklərin və s.-nin su yolları vasitəsilə daşınmasını təmin edən nəqliyyat növü.
S.N. akvatoriyasına görə çay nəqliyyatına və dəniz nəqliyyatına bölünür. O, nisbi ucuzluğu, quru və hava nəqliyyatından istifadə üçün müvafiq infrastrukturun olmadığı şəraitdə səmərəliliyi ilə fərqlənir. S.N. nəqliyyat vasitələrindən (gəmilər, qayıqlar, bərələr, buz üzərində hərəkət edən aparatlar və s.), geniş infrastrukturdan (nəqliyyat yolları, hidrotexniki qurğular, limanlar, vağzallar, təmir müəssisələri və s.) ibarətdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti