Reklam
Reklam

Etimologiya lüğəti

südlü-sümən

Çalınmış qatıq tam tutmamışsa, ona südlü-sümən deyirlər. Dilimiz­də yaxşı yetişməmiş qarğıdalı, taxıl sünbülü və s. sütül adlanır. Zənn edirəm ki, sütül “su” sözü ilə kökdaşdır, “sulu” (suyu çox) deməkdir. Sümən komponenti сырой mənasında işlədilmiş süllük (sül kimi də işlədilib) kəlməsi ilə qohumdur. Südlü-sümən sözü sinonimlər birləşməsidir (sütülsüllük kəlmələri sinonim olub, südlü-sümən də sütül-süllük formasında işlədilib). (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti