Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

şüubiyyə ədəbiyyatı

ər. şuub – xalqlar

VIII əsrin əvvəllərində Ərəb xilafətində başqa xalqların ərəb hegemonluğuna qarşı hərəkatının əks olunduğu ədəbiyyat.

Bu ədəbiyyatın nümayəndələri öz xalqlarının islamaqədərki mədəni və ədəbi həyatının, dilinin bərpasına çalışırdılar. Daha çox fars-tacik ədəbiyyatına şamil edilsə də, bu ideologiya türklərin, misirlilərin və başqa xalqların arasında da yayılmışdı.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti