1. Atlarda və digər qoşqu heyvanlarında boyunun bel sütunu ilə birləşən hissəsi.
2. Peysər; boyun. (“Koroğlu” dastanının lüğəti)
Əlini atın süysünündən qoyub sağrısına qədər çəkdi.
(“Alı kişi”)
Boy uca, kürəklər enli, süysün elədi ki, kəl süysünü kimi... Boynunun əti girdin-girdin, bığlar kəl buynuzu kimi.
(“Həmzənin Qıratı aparmağı”)
Süysünün əti qat-qat tökülüb, qara bığlar kəl buynuzu kimi “deşərəm ha deşərəm” deyir.
(“Həmzənin Qıratı aparmağı”)
Azərbaycan dastanlarının leksikası