Reklam
Reklam

Məsəllər, deyimlər

SUYU BULANDIRMAQ

►Təsir edərək düz yoldan çıxartmaq, kələfi dolaşdırmaq, aranı qatmaq.

İfadə balıqçılar arasında geniş yayılmış ov üsulundan yaranaraq populyarlaşmışdır.

Keçmişdə balıq ovu xüsusi bulanmış suda həyata keçirilirdi. Güman edilirdi ki, bulanıq suda balıq torları görməyəcək və ora düşəcək. Amma zaman keçdikcə ifadə fərqli məna verməyə başladı.

Qədim yunan şairi Ezop öz təmsillərinin birində guya balıq tutmaq üçün əlləşən, əslində isə öz qonşusunun zəhləsini tökmək niyyətində olan bir hiyləgər balıqçının qəsdən suyu bulandırmasından bəhs edir.

O vaxtdan bəri bu ifadə nalayiq və vicdansız yolla mənfəət qazananları, həmçinin müəyyən bir işdə aranı qarışdıraraq yaranmış vəziyyətdən öz xeyri üçün faydalanmaq istəyən insanları xarakterizə edir.

Məsəllər, deyimlər