1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur). □ ..Dənizin ta göbəyindən qopub gələn dalğalar .. gəmini bir top kimi atıb-tuturdu. (A.Şaiq).
2. Bir işin həddini, qurtaracağını, sonunu bildirir (ondan sonrakı isim yönlük halda olur). □ Onu ta saat üçə qədər gözlədik.
3. Məqsəd bildirir – ta ki, madam ki. □ Bahadır istədi ki, gizlənsin, ta qız onu görməyə. (N.Nərimanov).
4. Daha, bir də, artıq, bundan belə. □ ..Məni öldürmə, ta heç kəsnən işim olmaz. (“Qaçaq Nəbi”).