Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

tabu

polinez. tabu – qadağa

Müəyyən hə­rəkətlərə, mövzulara, sözlərə qoyulan ciddi qadağa.

Bütün yaradıcılıq sahə­lərində ol­duğu kimi, jurnalistikada da T. termini, əsa­sən, mənfi mənada işlədilir və hər hansı mövzunun işıqlandırılmasına, bəzi şəxslərin tənqidinə hakimiyyət dai­rələri, yaxud tə­sisçi, sponsor, redaksiya tərəfindən qo­yul­muş siyasi qadağa təki qavranılır. Lakin həkimlər və vəkillər kimi, jurnalistlər üçün də peşə etikası ko­dekslərinin müəy­yənləş­dir­diyi, birmənalı olaraq yolverilməz hesab edilən məh­dudiyyətlər – T.-lar mövcuddur. Faktların qəsdən təhrif olunması, informa­siya mən­bəyinin konfidensiallığı prinsi­pinin po­zul­ması belə T.-lardandır.

Jurnalistika terminləri lüğəti