fars. tafta sıx toxunmuş ipək və ya pambıq parçanın, eləcə də həmin parçadan hazırlanmış məmulatın adıdır.
Tafta parça ipəkdən toxunur, saya, həmçinin naxışlı olur. Əslində Tafta İranda yer adı ilə əlaqədardır. Lakin Azərbaycanda parçanın adı ilə məşhurlaşmışdır. Bu parçanın hazırlandığı sapın şox zərif xovluluğu, sıxlığı, eləcə də çox davamlı olması, həmçinin naxışlarının sadəliyi və rəng harmoniyasının ifadəli həlli digər növ parçalardan fərqlidir. Azərbaycanın milli toxumalarından olan tafta hələ XV–XVII əsrlərdə Avropada və Rusiyada çox dəyər verilən parça növlərindən olmuşdur. Dilimizin şəxs adları sistemində parça adlarından yaranmış kifayət qədər qadın adları mövcuddur. Tafta qadın adı da bu qəbildən olan şəxs adı sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti