1. Qarət, çapovul, çapqın, soyğun. □ Qabaqlarda dağlarda talan və qarətlə məşğul olan quldurlar çoxdan tutulmuşdur. (Ə.Vəliyev).
2. Əhalinin hər hansı milli və ya ictimai qrupuna qarşı mürtəce şovinistlərin quldurcasına çıxışı, onların mal-mülkünün qarət edilməsi və adamlarının öldürülməsi. □ Şəhərdə talanlar başlandığı haqqında ciddi şayiələr buraxıldı. (M.S.Ordubadi).
3. Məcazi mənada: soyğunçuluq. □ Bu, alver deyil, talandır.