►İstәyinә, arzusuna çata bilmәmәk üzündәn çәkilәn әzabı bildimək məqsədilə işlədilən ifadə.
İfadə qədim yunan əsatirlərindən qaynaqlanır.
Qәdim yunan әsatirlәrinә görә, әvvәllər ilahların sevimlisi olan Frigiya hökmdarı Tantal öz cinayәtlәri üstündә vә tanrıları tәhqir etdiyi üçün әbәdi cәzaya, әziyyәtə mәhkum edilmişdi. Tantal cәһәnnәmә göndәrilmişdi vә orada boğaza qәdәr suyun içindә dayanmalı, başı üzәrindә müxtәlif meyvәlәrin yetişib sallanmasına baxmalı olmuşdu.
Tantal öz aclığını vә susuzluğunu heç cür rәf edә bilmirdi. Ona görә ki ağzını suya uzatdıqda su ondan kәnara çәkilir, әlini meyvәyә uzatdıqda isə meyvә yüksәyә qalxır vә әli çatmırdı. İfadә bu әsatirlә әlaqәdar mәcazlaşmışdır.
Bizim dövrümüzdә kimyaçılar çox böyük әziyyәt nәticәsindә yeni bir metal kәşf edib onun xüsusiyyәtlәrini öyrәnәndәn sonra ona «tantal» adı vermişlәr. Kimyaçıların fikrincә, hәmin metalın kәşfindә çәkilәn әzab Tantalın әzabına bәrabәrdir.
Məsəllər, deyimlər