Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

tarixi əsər

Tarixi hadisə və şəxsiyyətlәrdən bəhs edən bədii әsәr.

Tarixi əsərlər müxtəlif növ və janrlarda ola bilər; mә­sәlәn, H.Cavidin “Xəyyam” dramı, M.S.Ordubadinin “Du­manlı Tәbriz” romanı, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi, M.Y.Lermontovun “Borodino” şeiri vә s. Bu cür hadi­sə­lərdə tarixi faktlar və bədii şərtilik sintez olunur. Belə ki, tarixi əsər­lərdə yazıçının təxəyyülündən asılı olaraq müəyyən faktlar təhrif oluna bilər.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti