Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

tas1 [tas] isim

1. Enli, dairəvi, dayaz metal qab; teşt, ləyən.Ağ tas, qızıl tas; Birini götür, birini as. "Ay, gün" (Tapmaca). 
2. Köhnə məişətdə tas qurmaqla fala baxma, tas falı. □ ..Deyib, arxayın ol, arvad, tas yaxşı göstərir. (N.Vəzirov).

tas2 [tas] isim ərəb

Nərd oyununda üç, bəzən də dörd xal qazanıb oyunu udma və ya üç, bəzən də dörd xal itirib oyunu uduzma.

Həmçinin bax:

frazeologizm: həmin tas, həmin hamam frazeologizm: köhnə hamam, köhnə tas frazeologizm: tası damdan düşmək frazeologizm: tası-pası yatmaq Azərbaycan dilinin izahlı lüğəti