Balakən, Cəbrayıl, Göyçay, Qarakilsə, Qazax, Laçın, Ordubad, Şəki, Şuşa
1. Əkin sahəsində zolaq, əkin sahəsinin bərabər hissələri (Balakən, Göyçay, Qarakilsə, Ordubad, Şəki, Şuşa). □ Bizim briqada bu gün iki taxda tütün şitili basdırdı (Balakən); Taxdalarda əkin əx'mişəm (Qarakilsə); Bi taxda yer belləmişux soğan ehmağa; Əlli taxda çəltix yerimiz olardı o vaxda (Şəki); Həşim öz taxtasını şumnuyur (Şuşa).
2. Dağavar yerdə düzənlik hissə, otlaq sahəsi (Cəbrayıl, Qazax, Laçın). □ Biyil dəlləx' taxdasında çoxlu ot var (Qazax); Bizim qoyun bu sa:t taxdada otduyur (Laçın); Mal-qara taxdıyayayılıb (Cəbrayıl).
3. Qadın tumanının, yorğanın üzünün bərabər hissələri. □ Yorğanın üzünə üş taxda çit işlənir (Ağdam); Mənim tumanım beş taxdadı (Şamaxı); Qabaxlar on iki taxdadan tuman geyərdix' (Şuşa); Bu taxdadan sonra hananı kəsəjiyix' (Cəbrayıl).
Azərbaycan dilinin dialektoloji lüğəti