Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tay1

Cəlilabad, Şahbuz

Daha.  Tay nə deyim? (Şahbuz); Tay vədəxilaf olmiyəg (Cəlilabad).

tay2

Dərbənd, Tabasaran

İki-üç yaşar erkək at.  Tayı üç yaşinnən yuxari minüb üğretmağa ulur (Tabasaran); Atın babasına tay deyədig (Dərbənd).

Azərbaycan dilinin dialektoloji lüğəti