Reklam
Reklam

Etimologiya lüğəti

tay-tuş

Tay “cütün biri” deməkdir, tuş sözü isə əş sözü ilə bağlıdır (əş –“dost”, “tanış” deməkdir). Tay-tuş (əsli: tay-əş) sinonimlər birləşməsidir. Əş sözünün tuş şəklinə düşməsi tay sözünün təsiri ilə bağlıdır (buna distant təsir deyirlər). M.Cümədə oxuyuruq: Mən səni sevmişəm yeddi yaşında, Bərabərin yoxdur tayı-tuşunda... (Bəşir Əhmədov. Etimologiya lüğəti)

Etimologiya lüğəti