Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

taydırmağ1

Dərbənd

Soyunmaq, çıxarmaq.  Gədə yatan so:ra üzü <özü> qurbağa paltarını taydırıb bir göyçəg qıza dönütdü.

taydırmağ2

Dərbənd

Ayırmaq. □ Mən istiyədəm süzü bir-bir öyləndirib taydırım.

taydırmağ3

Dərbənd

Aradan götürmək, başını əkmək. □ Gəlin biz munı aradan taydirəg.

taydırmağ4

Dərbənd

Yığışdırmaq, götürmək. □ Taydır bu qabları; Taydır buları.

taydırmağ5

Dərbənd

Atmaq, tullamaq. □ Tez ol taydır onu.

taydırmağ6

Dərbənd

Aparmaq, kənara çəkmək. □ Atı burdan taydır.

taydırmağ7

Dərbənd

Arıtlamaq, təmizləmək. □ Tikannarı budağdan taydıradam.

Azərbaycan dilinin dialektoloji lüğəti