Reklam
Reklam

Azərbaycan dilinin izahlı lüğəti

təəssüb [tə:ssüb] isim ərəb

1. Bir fikrə, əqidəyə, məsləkə kor-koranə bağlanıb, başqalarına kin və ədavət bəsləmə; qeyrətkeşlik, fanatizm. □ Bağdad xalqının gözü qarşısında meyitlərin üç gün dar ağacında qalması ərəb təəssübünün bir daha coşmasına səbəb ola bilər. (M.S.Ordubadi).
2. Qeyrət, namus. □ Həqiqi şair .. gərəkdir öz səsini millətin səsinə qoşub, onun qeyrət və təəssüb damarını hərəkətə gətirə. (F.Köçərli).

Həmçinin bax:

frazeologizm: təəssübünü çəkmək Azərbaycan dilinin izahlı lüğəti