Müəllifin təəssüf hissinin ifadə olunduğu aşıq şeiri.
“Koroğlu” dastanında işlənmiş aşağıdakı nümunə T. məzmunludur:
Çünki oldun dəyirmançı,
Çağır gəlsin dən, Koroğlu!
Verdin Qırı, aldın Dürü,
Döy başına, yan, Koroğlu!
T.-lərdə nəsihətçilik, mərsiyəçilik xüsusiyyətləri də özünü göstərir:
Ay ariflər, heç kəs yalnız olmasın,
Yalnız işə daşdan divar deyərlər.
Bəzirgansan, aç mətahın, xırd eylə,
Ararlar, yükündə nə var? – deyərlər. (Xəstə Qasım)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti