Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

təhrif

1. Hadisə və faktlar barədə yanlış, yaxud onların real məzmununun dəyiş­di­rilməsinə səbəb olan yarımçıq informasiya. 

2. İfadəni, sözü, bəzən hərfi dəyişməklə fikrin mənasını, mahiyyətini pozma, onu yanlış şəklə salma.

KİV-dən T.-lərə yol verməmək tələb olunur. Materialların, o cümlədən oxucu (dinləyici, tamaşaçı) ­mək­tublarının redaktəsi, ixtisarı zamanı T.-lər­dən çəkinmək lazımdır. Belə hal baş verdikdə fikirləri T. olunmuş jurnalist ma­terialın öz imzası ilə dərcindən imtina edə bilər. Digər şəxslərin T.-ə görə KİV-dən təkzib, düzəliş tələb etmək, yaxud cavab hüququndan yararlanmaq imkanı var. Akkreditədən keçdiyi təşkilat haqqında T. olunmuş məlumat yayan jurnalist, yaxud redaksiya məhkəmənin qərarı əsasında akkreditədən məhrum edilə bilər.

Jurnalistika terminləri lüğəti