1. Təzə işə keçərkən və ya işdən çıxarkən tapşırılmış işi, vəzifəni, şeyi başqa adama vermə (adətən “almaq”, “etmək” köməkçi feilləri ilə işlənir). □ Beş gündən sonra Tərlanov işi təhvil verib, Teymuru yanına çağırdı. (H.Seyidbəyli).
2. Öz əməyinin nəticəsini, məhsulunu istifadə olunmaq üçün lazımi yerə və ya şəxsə vermə. □ ..pyesi qurtarıbdır, gətirdi təhvil versin. (C.Cabbarlı).
3. Hicri-şəmsi təqvimində köhnə ilin qurtarıb yeni ilin daxil olması. □ ..Hələ il təhvil olmamışdır, dəstəyə bir saat qalanda olacaq. (Y.V.Çəmənzəminli).