1. Yalqız, yalnız, təkcə, tək özü. □ Təkbaşına qalmaq.
2. Başqasının köməyi olmadan; tək, təkcə. □ Təkbaşına məsələni həll etmək.
3. Özbaşına, nəzarətsiz, baxımsız. □ ..Hər kəs təkbaşına işləsə, arxın içinə uzadıb ölüncə döyəcəklər. (C.Cabbarlı).
4. Öz-özünə, müstəqil, rəhbərsiz, müəllimsiz.