1. Qəbul edilmək üçün irəli sürülən fikir. □ ..kimsənin təklifini yerə salmamış, bir neçə gənc oğlanla bərabər oynamışdı. (S.Hüseyn).
2. Başqalarının müzakirəsinə verilən məsələ, onun haqqında irəli sürülən rəy. □ Əjdər gurultunu kəsib, təklifi səsə qoydu.. (S.Rəhimov).
3. Namizəd irəli sürmə. □ Milli Məclisə deputatlığa namizəd haqqında təklif.
4. Bir işi görməyə dəvət etmə; dəvət. □ Açıq süfrə təklif istəməz. (Atalar sözü).
5. Göstəriş, əmr. □ Məşədi Həsənin təklifinə “baş üstə”dən özgə cavab tapmayıb durdum ayağa.. (Ə.Haqverdiyev).
6. Borc, vəzifə. □ Üzərinə təklif düşmək.