Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

telekörpü

lat. tele – uzaq

Bir-birindən uzaq məsafədə yerləşən iki və daha artıq məkan arasında peyk rabitəsi, yaxud digər rabitə vasitələri ilə bağlantı yaratmaqla həyata keçirilən kommunikasiya forması, televiziya verilişi formatı.

T.-nün yara­dıl­masında, adətən, bir neçə telekompaniya iştirak edir, belə verilişlər isə, əsasən, müx­təlif şəhərlərdə, qitələrdə studiyalara top­laşanların dialoqu şəklində qurulur. İlk qitələrarası T. 1962-ci ilin avqustunda Av­ropa ilə Amerika arasında keçirilib. Bundan 20 il sonra isə tarixi SSRİ–ABŞ T.-sü baş tutub və həmin verilişə SSRİ tərəfdən «Azər­­bay­canfilm»in əməkdaşı Yuli Qusman rejissorluq edib.

Jurnalistika terminləri lüğəti