yun. tele – uzaq + ing. exchange – mübadilə, kommutator
1. Beynəlxalq abonent teleqraf rabitəsi növü.
Bu rabitə növündə abonentlər arasında telefon xətləri və teletayp stansiyaları vasitəsilə birbaşa əlaqə yaradılır, yazılı informasiya mübadiləsi təmin olunur.
2. Abonentlər arasında birbaşa teleqraf rabitəsi yaratmağa imkan verən qurğu, eyni məqsədlə istifadə olunan telefon nömrəsi, habelə bu üsulla ötürülən məlumatın mətni.
Jurnalistika terminləri lüğəti