1. Efirdə televiziya yayımının aparıldığı tezlik zolağı; ötürücüləri son məntəqədəki qəbuledici cihazlarla birləşdirən texniki-texnoloji sistem.
Bu sistemə proqramın mənbəyi (mikrofon), ötürücü, səsgücləndirici və nizamlayıcı qurğular, digər texniki vasitələr (qəbuledici anten, dinamik, səsucaldıcı və s.) daxildir.
2. Verilişlərin hazırlanması, çəkilişi və yayımlanması ilə məşğul olan televiziya təşkilatı.
3. Məzmununa, hədəf auditoriyasına və materialların təqdimat üsuluna görə fərqlənən televiziya formatı; məs.: uşaq kanalı, tədris kanalı və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti