Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

təlqin

ər.

Auditoriyaya təsir etmək məq­sədilə hər hansı ideyanın, fikrin, möv­qenin dönə-dönə təkrarlanması, izah olunması, təbliğat-təşviqat vasitələri ilə şüurlara yeridilməsi prosesi.

Aldığı in­formasiyanı kifayət qədər dərin təhlildən keçirə bil­məyən, müstəqil qərar qəbul et­məkdə çətinlik çəkən insanlar onlara T. ­olunan fikir və ideyalara daha tez uyurlar. Bir ideologiyanın uzun müddət kütləyə T. edilməsi, adətən, cəmiyyətdə düşüncə qə­libi yaradır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti