“Dədə Qorqud”da “Dəli bəg dilədi ki, Dədəyi dəpərə çala“ cümləsi var. Buradakı dəpərə sözü müasir anlamda “təpərlə” deməkdir. Təpər baltayabənzər silah növü olub və ruslardakı топор (balta) sözü də buradandır. İndi sözün təpəri (kəsəri), təpərli adam ifadələrini işlədirik. Burada məna bir qədər dəyişsə də, əlaqə itməyib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Etimologiya lüğəti