Ağdam, Bərdə, Cəbrayıl, Gədəbəy, Kürdəmir, Yevlax, Zəngilan
Bir qədər qurumaq. □ Bir-iki gün qal, yoliriz təpiyənnən so:ra get (Ağdam); Yer təpiməsə, tərpənməx' olmaz, çöldə batdax dizə çıxır (Bərdə); Yer təpisin, gedin vəri:zı döyün (Zəngilan); Gözdə paltar təpisin, Sora yığarsan (Yevlax); Yağışdan sonra yol təpiməsə, getməx' olmaz (Gədəbəy).
Azərbaycan dilinin dialektoloji lüğəti