Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

tərəvəzçilik

Tərəvəz bitkilərinin yetişdirilməsi ilə məşğul olan kənd təsərrüfatı sahəsi.

T., əsasən, qida məhsulları yetişdirir, eyni zamanda bu məhsullardan kimya, emal, yağ-piy sənayesində xammal kimi istifadə olunur. Bostançılıq – bostan bitkilərinin (qarpız, yemiş, qabaq) yetişdirilməsi də T.-ə aiddir. İsti iqlim şəraitində T. açıq qruntda, soyuq iqlim şəraitində örtülü qruntda (istixanalarda) inkişaf etdirilir. Azərbaycanın 4 iqtisadi zonasında (Lənkəran-Astara, Quba-Xaçmaz, Abşeron və Gəncə-Qazax) T. daha geniş yayılıb.

Coğrafiya terminləri lüğəti