ər. – qurma, rəsmetmə, qoyma
Orta əsrlərdə bəzi Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda dövlət xəzinəsini doldurmaq məqsədilə tətbiq edilən feodal qayda-qanunu.
Elxanilər dövründə (1256–1357) T. xüsusilə geniş yayılıb, məcburi xarakter daşıyıb. O, iki formada həyata keçirilib:
a) ölkədə qıtlıq baş verərkən dövlət xəzinəsinə lazım olan hər hansı məhsul, mal, əmtəə və s. əhalidən bazar qiymətindən dəfələrlə ucuz qiymətə alınıb;
b) dövlət anbarları və xəzinələrində toplanmış artıq mallar bazar qiymətindən bir neçə dəfə baha qiymətə satılıb.
Tarix terminləri lüğəti