Reklam
Reklam

Tarix terminləri lüğəti

termidorçular

1794-cü ildə əks-inqilabi Termidor çevrilişinin iştirakçıları.

Çevrilişdən sonra demokratik islahatları ləğv edən və əks-inqilabi terrora başlayan T. Konventdə çoxluğu ələ keçiriblər, sonradan isə direktoriyada mühüm rol oynayıblar. T. sağ və sol qanaddan ibarət olublar. Robespyerin və onun silahdaşlarının edamından sonra “sağlar” tədricən “sollar”ı hakimiyyətdən kənarlaşdırıblar. 1795-ci il jerminal üsyanından sonra isə “sollar”ın qruplaşması tamamilə darmadağın edilib.

Tarix terminləri lüğəti