Hipotetik istlik maddəsi (çəkisiz maye). 18-ci əsrdə və 19-cu əsrin əvvəllərində istlik hadisələrini (istlik mübadiləsi, cisimlərin qızması, istidən genişlənmə və s.) izah etmək üçün işlədilirdi.
T.-in çəkisiz və başqa maddələrə nisbətən daha mütəhərrik olduğu və buna görə də maddənin kiçik məsamələrinə daxil olaraq onları genişləndirə bildiyi qəbul edilirdi. İstilik hadisələrinin atom və molekulların hərəkəti nəticəsində yarandığı sübut olunduqdan sonra (19-cu əsrin əvvəlləri) bu ideyadan imtina edildi.
Fizika terminlər lüğəti