Qəzəl və ya qəsidənin ərəb əlifbasına əsaslanan formal xüsusiyyətlərə malik poetik formalarından biri.
Əlif-lama yaxın bədii mətn formasıdır. Əlif-lamda beytlər əlifbaya uyğun şəkildə düzüldüyü halda, T.Ə.-da mətlə sonuncu hərflə – “yey” ilə başlanır.
Yey – yenə sığındım ol sübhana mən.
La əlif – la demədim ol xanə mən.
Vav – veylindən iraq olmaq üçün,
Ney – həmişə aşiqəm fürqana mən,
Nun – nə kim qıldım günah tutdum ümid,
Mim – Məhəmməd Mustafa sultanə mən. (İ.Nəsimi)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti