Sədəqə, qurban.
Təsəddüq olmaq (qurban olmaq) şəklində çox işlənir.
Mələksuma dedi:
– Təsəddüqün olum, mənim nə həddim var ki, səninlə çörək yeyəm? (“Tahir və Zöhrə”)
*
Vəzir dedi:
– Təsəddüqün olum, sən mal-dövlətini üç qisim elə. İki qismini fağır-füğaraya payla, bəlkə, evladın ola. (“Şah İsmayıl”)
*
– Tasaddığın olum, bu cavanı öldürmək yaxşı deyil. Onda bizə el töhmət elər ki, qonağı öldürdülər. Buyur, zindana salsınlar. (“Novruz”)
Azərbaycan dastanlarının leksikası