Reklam
Reklam

Azərbaycan dilinin dialektoloji lüğəti

tirə1

Ağdam, Gədəbəy, İmişli, Qara- kilsə, Qazax, Qubadlı, Laçın, Sabirabad, Şəmkir, Tovuz

1. Nəsil.

2. Tayfa.

3. Qohum-əqrəba. □ Bizim kəntdə tirə çoxdu, hansını deyim sana (Ağdam); Hər tirənin öz ağsaqqalı olor bizdə (İmişli); Bizim kənt bir neçə tirədi (Qarakilsə); Neçə tirə işdey o biri piriqədədə? (Gədəbəy); Bu kətdə çox tirələr var: maf tirəsi, niyazdı tirəsi, taramatdı tirəsi (Şəmkir).

tirə2

Qubadlı

1. Tərəfdar.

2. Həmfikir.  Qaflan bizim tirədəndi, onun sizə qarışajağı yoxdu.

tirə3

Şəki

Lək. □ İki tirə soğan ehmişdıx, hunnan un puta kimi soğan qazdıx.

tirə4

Cəbrayıl, Culfa, Kürdəmir, Mingəçevir, Salyan

Bax: tir Tirənin üssündə durub alağ elyirik (Kürdəmir); Su çox olduğu üçün tirəni yuyur (Salyan); Su arxın tirəsini uçurdub (Cəbrayıl).

tirə5

Şahbuz

Arı səbətinin içində olan bölmələr, arakəsmələr. □ Tirə səbətdə olur arıçın.

tirə6

Kürdəmir

Bel, fəqərə sütunu. □ Suda balığın tirəsi göründü.

tirə7

Sabirabad

Dirək.

Azərbaycan dilinin dialektoloji lüğəti