Qiymətli şal parça; tirməşal.
Tirmə zolaqlı və saya naxışlı olur. Tünd-sürməyi yerlikli, zoğalı-qırmızı, sarı rəngli saplarla işlənmiş, buta naxışlı, misqalı adlanan tirmə parça qızıla bərabər tutulurdu.
Geyib sallanmadıq yarın elinə
Tirmə şallar xub yaraşır belinə.
Əcəb getdi Şəmi qara əlinə,
Əl-əldən üzüldü, İrvahım getdi.
(“İrvahım”)
Baxdı ki, bu əynində çuxa, ayağında bağdadı başmaq, başında tirmə şal, enlikürək, qarnıyoğun bir kişidi.
(“Durna teli”)
Azərbaycan dastanlarının leksikası